AZ

"Fitch" Azərbaycan banklarında xarici valyutada verilən kreditlərin payının azalmağa davam edəcəyini proqnozlaşdırır

Bakı. Trend:

“Fitch” reytinq agentliyi Azərbaycan banklarının xaricivalyutada verdiyi kreditlərin payının azalmağa davam edəcəyini və2026-cı ilin sonuna ümumi kredit həcminin təxminən 12%-ni təşkiledəcəyini (2024-cü ilin sonuda 16% təşkil edib) gözləyir.

Bu barədə Trend“Fitch”ə istinadən xəbər verir.

Reytinq agentliyinin hesabatında qeyd olunur ki, buna manatınABŞ dollarına effektiv bağlılığı və xarici valyutada kreditləşməsahəsində sərt tənzimləyici tədbirlər təsir göstərəcək.

“Hesab edirik ki, müştəri depozitlərinin dollarlaşması yüksəksəviyyədə qalacaq (2025-ci ilin üçüncü rübünün sonu: 44%), vəəhəmiyyətli makroprudensial təşəbbüslər olmadıqda dollarsızlaşmaprosesi tədrici səciyyəli qalmağa davam edəcək”, -deyə hesabatdadeyilir.

“Fitch”in Azərbaycan bank sektoru üzrə “neytral” proqnozu,kredit genişlənməsinin yavaşlamasına baxmayaraq, 2026-cı ildədavamlı maliyyə göstəricilərinin qorunub saxlanacağı gözləntiləriniəks etdirir (2026F: 2,5%; 2025: 2,3%), ilk növbədə qeyri-neftsektorunun hesabına.

“Hələ də yüksək, lakin azalmaqda olan marjalarla dəstəklənənsağlam bank mənfəətliliyi proqnozlaşdırılan mülayim kredit riskivolatilliyindən etibarlı qorunma təmin etməlidir. Maliyyələşdirməvə likvidlik şəraitinin əsasən dəyişməz qalacağı gözlənilir”, –hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, 2021–2024-cü illərdə kredit portfelininorta hesabla 18% artımından sonra, 2026-cı ildə kredit artım tempiyüksək tək rəqəmli göstəricilərə enəcək, əsas artım isə pərakəndəseqment hesabına təmin olunacaq.

“Bu yavaşlama, ev təsərrüfatlarının borc yükünün artması vətənzimlənmənin sərtləşməsi, o cümlədən pərakəndə kreditlər üçünyüksək normativ risk nisbətləri və yeni tətbiq edilmiş kredit kartılimitləri üzrə məhdudiyyətlər hesabına pərakəndə seqmentdə böyüməimkanlarının azalmasını əks etdirir”, - “Fitch” aydınlaşdırır.

Məqalədə:
Seçilən
35
az.trend.az

1Mənbələr