AZ

Azərbaycanlı hakim CEV kubokunun oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası (CEV) beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayevə növbəti dəfə etimad göstərib.

Fanat.Az xəbər verir ki, o, qadın voleybolçuların CEV Kubokunda PAOK (Yunanıstan) - "OTP Banka Branik" (Sloveniya) matçının baş hakimi təyin edilib.

Bu görüşdə ikinci hakim kimi isə polşalı Pyotr Krol yer alacaq.

Qeyd edək ki, oyun dekabrın 3-də Yunanıstanda keçiriləcək.

Seçilən
45
3
fanat.az

4Mənbələr