AZ

Azərbaycan Kuboku: “Turan Tovuz”dan erkən qol - YENİLƏNİR

Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürür.

Fanat.Az xəbər verir ki, mərhələnin ilk günündə iki qarşılaşma baş tutacaq.

“Turan Tovuz” Bakıda I Liqa təmsilçisi “Şahdağ Qusar” ilə üz-üzə gələcək. 

Günün digər oyunu isə “Zirə” və “Neftçi” arasında keçiriləcək. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, qalibi bir oyunla müəyyənləşəcək 1/8 final mərhələsinin digər qarşılaşmaları 3-4 dekabrda keçiriləcək. 

Bizon Azərbaycan Kuboku
1/8 final 
2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 0:1 (1-ci hissə)
Qol:
A.Hüseynov, 4-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“SOCAR Polymer Arena”.

“Şahdağ Qusar”: 1. Müşfiq Nadirov, 19. Ruslan Voronsov, 9. Famil Camalov (k), 29. Elşən Veysov, 44. Seymur Əliyev, 55. Firuz Əhmədov, 4. Cavad Qurbanlı, 5. Ramin Abdullayev, 10. Vüsal Əliyev, 17. Yelmar Aşurov, 40. Kvaku Adjey.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 87. Hilal Maqsudlu, 14. Rahid Əmirquliyev, 6. Əzəmət Ələkbərli, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 77. Orxan Fərəcov, 3. Məhərrəm Orucov, 71. Sənan Ağalarov, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Məşqçi: Elnur Abdullayev.
“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 73. Ülvi Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 3. Enrike Silva, 90. Joarlem Santos, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Baş məşqçi: Kurban Berdiyev.

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə. İdman Kompleksinin stadionu.  

Seçilən
11
18
fanat.az

10Mənbələr