AZ

Gələn il Azərbaycanda bu ölkənin səfirliyi açılacaq


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.
“Ölkələrimiz arasında intensivləşən siyasi dialoqun və qarşılıqlı səfərlərin məmnunluq doğurduğu bildirilib. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Telefon danışığı zamanı nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib.
Seçilən
206
40
yeniavaz.com

10Mənbələr