AZ

Çin universitetinin dosenti: “ASAN AI Hub”da çoxsaylı innovativ təşəbbüslər həyata keçirilir

Bakı, 2 dekabr, AZƏRTAC

Bu, mənim Azərbaycana ilk səfərimdir. Burada ənənə ilə müasirliyin bu qədər təbii şəkildə vəhdət təşkil etməsi məni dərindən təsirləndirdi. Belə bir mühitin böyük ideyaların formalaşmasına və böyük arzuların reallaşmasına imkan yaratdığına inanıram.

Bunu AZƏRTAC-a açıqlamasında Çinin Tsinghua Universitetinin İnformasiya İncəsənəti və dizayn fakültəsinin dosenti Fu Zhiyong deyib.

“Səfərim çərçivəsində ASAN Süni İntellekt platformasını (ASAN AI Hub) da ziyarət etdim və burada çoxsaylı innovativ təşəbbüslərin həyata keçirildiyini gördüm. Mərkəzdə istedadlı mütəxəssislər müasir texnologiyalardan istifadə edərək mövcud problemlərin həllinə yeni yanaşmalar təqdim edirlər. Bu cür fəaliyyətlər həm yeni metodologiyaların və qabaqcıl alətlərin tətbiqinə, həm də ölkənin gələcəyə yönəlmiş inkişaf strategiyasının formalaşmasına mühüm töhfə verir. Düşünürəm ki bu, Azərbaycanın arzu olunan gələcəyini qurmaq üçün çox güclü və perspektivli bir başlanğıcdır”,- deyə F.Zhiyong bildirib.

Seçilən
66
azertag.az

1Mənbələr