Ukraynanın NATO-ya qoşulması ilə bağlı müttəfiqlər arasında fikir birliyi yoxdur. Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. O bildirib ki, hazırda tərəflər məsələ ilə bağlı birgə mövqe sərgiləmir. Rutte Ukraynanın NATO-ya qoşulması üçün bütün müttəfiqlərin razılığa gəlməli olduğunu bəyan edib. Rutte ABŞ-nin Ukraynada sülhə nail olmaq səylərini alqışlayıb. Onun sözlərinə görə, bu davamlı səylər nəticədə Avropada sülhü bərpa edəcək. “Rusiya sistematik olaraq mülki infrastrukturu sıradan çıxarır” deyən Ruttenin sözlərinə görə, Rusiya bu müharibədə tək deyil. Onun iddiasına görə, Çin Rusiyanın qəti tərəfdarıdır və Şimali Koreya da Moskvaya dəstək verir.