AZ

“Ümid edirəm ki, “Neftçi” çempionata daha ciddi yanaşacaq” Sənan Qurbanov kubokda dayanandan sonra

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” Bizon Azərbaycan Kubokunun 1/8 finalında “Zirə”yə məğlub oldu - 0:1. “Football-plus.az” xəbər verir ki, “Neftçi”nin məşqçisi Sənan Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. - “Zirə”ni təhlil etmişdik. Məşq etməyə vaxtımız olmadı. Tovuz səfərindən sonra bir məşq etmişdik. Pis oynamadıq. Uşaqlar döyüşdü, vuruşdu. Çox üzücü oldu. Azarkeşlərdən üzr isrəyirəm.- Rezabalanın meydanan çıxması üçün komanda qol buraxmalıydı? Bir də ki bu iki oyunda nəyi dəyişə bildiz?- Oyun elə tərzdə gedirdi ki, dəyişiklik etmək çətin idi. Ortadakı oyunçular yaxşı oynayırdı. Qısa vaxtda düşünmürəm ki, nəyisə qlobal dəyişmək olardı. - Ötən tur da, bu dəfə də göründü ki, Sambu cinahda uğurlu deyil. Niyə belə qərar verdiz?- “Zirə” cinahlardan daha təhlükəli idi. Sambu işgüzar futbolçudu. - Sizcə, uğursuzluğun səbəbi nədi?- “Neftçi”nin işçisiyəm. Amma komanda yığılanda komandada deyildim. - Varqasa deyilib ki, futbol komanda oyunudu.- Əlbəttə, deyirik. Düzdü, top itkisindən sonra qol buraxdıq. Çempionata köklənməkdən başqa yol yoxdu. Ümid edirəm ki, “Neftçi” çempionata daha ciddi yanaşacaq. - Komandada sanki özgüvən itib…- Qeyri-sabitlik var. Tovuzda pis təsir bağışlamadıq. Bu gün də pis oynamadıq. Psixoloji vəziyyətimiz yerindədi. Bir qələbə komandaya pozitiv təsir edəcək.- Faraj niyə start heyətində meydana çıxır?- Potensialına inanırıq. Driblinqi sevirik. Rəqabətdə qalib gəldiyi üçün “11-lik”də çıxır.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
icma.az

3Mənbələr