AZ

Deputat İlham Məmmədov "Maqen David Qrupu"-nun Bakı ofisini ziyarət edib




Milli Məclisin deputatı İlham Məmmədov "Maqen David Qrupu"-nun Bakı ofisini ziyarət edib.

Newscenter.az xəbər verir ki, millət vəkili "Maqen David Qrupu"-nun fəxri sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoli Rafailov və "Maqen David Azərbaycan"-ın direktoru, beynəlxalq hüquq müdafiəcisi David Siverstrov ilə görüşüb.

"Səmimi söhbət etdik. Azərbaycan-İsrail dostluq münasibətlərinin hər dövrlərdə daha da möhkəm tellərlə bağlılığı və keyfiyyətcə yeni mərhələyə qədəm qoyması sohbətimizə xüsusi bir ovqat bəxş etdi. Xüsusən də bu yaxınlarda fəaliyyətə başlamış Azərbaycan-İsrail Ticarət Evinin hər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində və inkişafında yeni bir beynəlxalq platforma olması xüsusi ilə qeyd olundu".

Süleyman
Seçilən
97
1
newscenter.az

2Mənbələr