AZ

CRC və CEDAW Komitəsinin tövsiyələrinin icra vəziyyəti müzakirə edilib (FOTO)

Bakı. Trend:

BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) və Qadınlara qarşıayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW)tövsiyələrinin icrası məqsədilə yaradılan işçi qrupun növbətiiclası keçirilib. Ailə Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin (AQUPDK) təşkilatçılığı, aidiyyəti dövlət qurumlarınınnümayəndələrinin iştirakı ilə keçirilən iclasda Birləşmiş MillətlərTəşkilatının CRC və CEDAW Komitələrinin Azərbaycan Respublikasınınsonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin icra vəziyyətimüzakirə edilib.

Trend xəbər verirki, çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, son beşildə həm Uşaq Hüquqları Konvensiyası, həm də Qadınlara qarşıayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiyanın icrasıilə bağlı Azərbaycanın dövri hesabatlarının yüksək səviyyədə təqdimolunduğunu deyib. O, bu hesabatlarda ölkənin müvafiq sahələrdəfəaliyyətinin bütün istiqamətlərinin konkret rəqəmlər, yenimexanizmlər və qanunvericilikdə aparılan islahatlarla əhatəlişəkildə əks etdirildiyini qeyd edib.

Komitə sədri CRC və CEDAW tövsiyələri üzrə görülən işlərinardıcıl və sistemli şəkildə həyata keçirildiyini bildirib. O,Dövlət Komitəsi yanında aidiyyəti dövlət qurumlarının rəhbər vəmütəxəssislərinin təmsil olunduğu iki İşçi Qrupun yaradıldığını vəmütəmadi iclasların keçirildiyini diqqətə çatdırıb.

Sədr qeyd edib ki, qarşıda duran çətinlikləri aradan qaldırmaqvə ölkənin qoyduğu strateji hədəflərə uyğun fəaliyyətistiqamətlərini formalaşdırmaq üçün birgə müzakirələrin aparılmasıvə səylərin birləşdirilməsi vacibdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini GünelNağdəliyeva CRC tövsiyələrindən irəli gələn məsələlərin icravəziyyətinə dair təqdimatla çıxış edib. O, Komitə tövsiyələrini 13kateqoriya üzrə təqdim edərək, ölkədə uşaq hüquqlarının müdafiəsisahəsində görülən tədbirləri və bir sıra prioritet istiqamətlərivurğulayıb.

Dövlət Komitəsinin Qadın və Gender məsələləri şöbəsinin əməkdaşıSədaqət Rəhimova CEDAW tövsiyələri ilə bağlı təqdimatla çıxışedərək, son 3 il ərzində müxtəlif istiqamət üzrə görülmüş işlər vəqanunvericilkdə edilmiş müsbət dəyişiklikləri diqqətə çatdırıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ədliyyənazirinin müavini Mübariz Əhmədov, Qida Təhlükəsizliyi Agentliyininsədr müavini Zəkiyyə Mustafayeva, Sosial Xidmətlər Agentliyininİdarə Heyətinin sədri Vüqar Behbudov və digər müvafiq dövlətqurumlarının məsul nümayəndələri çıxış edərək, qanunvericilik,strategiya, əlaqələndirmə, uşaq ədliyyəsi, təhsil, sağlamlıq vəsəhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindənməhrum olmuş uşaqların sosial müdafiəsi, uşaqların ekolojisağlamlığı və digər məsələlərlə bağlı fikirlərinisəsləndiriblər.

İclas zamanı hər iki komitənin tövsiyələrində əksini tapmışprioritet istiqamətlər, aparılmış islahatlar, müvafiq dövlətqurumları tərəfindən görülmüş işlər, həmçinin mövcud çətinliklər vəgələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb, uşaq və qadınhüquqlarının müdafiəsi istiqamətində milli qanunvericiliyintəkmilləşdirilməsi ilə bağlı müzakirələr edilib.

CRC
CRC
CRC
CRC
CRC
CRC
CRC
CRC
CRC
CRC
Seçilən
39
az.trend.az

1Mənbələr