AZ

Putin Avropa ilə müharibənin nəticələri barədə xəbərdarlıq etdi...

...Dekabrın 2-də "Rusiya Çağırır!" investisiya forumunda jurnalistlərlə söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər Avropa müharibəyə başlasa, danışıqlar aparacaq heç kimin olmayacağı bir vəziyyət yarana bilər.

...Əgər Avropa birdən müharibəyə başlamaq istəsə və başlayarsa, çox tez bir zamanda danışıqlar aparacaq heç kimin olmayacağı bir vəziyyət yarana bilər.

SİA-nın məlumatına görə, bunu deyən Putin qeyd edib ki, Rusiya ordusunun Ukraynadakı hərəkətləri "cərrahi şəkildə", yəni ehtiyatla həyata keçirilir və bunun hərfi mənada müharibə olmadığını vurğulayıb.

O izah edib ki, bu cür tədbirlər nəticələri minimuma endirməyə və xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa diqqət yetirməyə imkan verir.

Prezident həmçinin Macarıstanın xarici işlər naziri Peter Sijjartonun Avropanın Rusiya ilə mümkün münaqişəyə hazırlığı ilə bağlı son açıqlamalarına da münasibət bildirib. Putin qeyd edib ki, Avropa ölkələri Ukraynadakı müharibəni dəstəkləməyə davam edir və Rusiyaya strateji məğlubiyyət verə biləcəkləri illüziyası altında yaşayırlar.

Eyni zamanda, dövlət başçısı Rusiyanın Avropa ilə müharibəyə başlamaq niyyətində olmadığını, lakin öz maraqlarını müdafiə etməyə və münaqişənin xarici tərəflərindən gələn təhdidlərə cavab verməyə hazır olduğunu vurğuladı.

Əli Babayev

Seçilən
21
1
sia.az

2Mənbələr