Dünyada ABŞ-ın Ukrayna münaqişəsini həll etməyə çalışmaq əvəzinə diqqət yetirməli olduğu bir milyon fərqli şey var.
APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Ağ Evdə Vaşinqtonun Ukrayna münaqişəsini həll etmək səylərini şərh edərkən deyib.
"Baxın, dünyada bir ölkə olaraq diqqət yetirməli olduğumuz bir milyon şey var", - Rubio bildirib.
Diplomat həmçinin vurğulayıb ki, ABŞ hakimiyyəti Ukraynadakı münaqişəni ABŞ müharibəsi hesab etmir və hazırkı ABŞ prezidenti Donald Tramp vəzifədə olsaydı, bu müharibə heç vaxt başlamayacaqdı.