AZ

Cənubi Koreya Ukraynada müharibənin tezliklə başa çatacağına ümid edir

BAKI, 3 dekabr. TELEQRAF

Cənubi Koreya Ukrayna ətrafında davam edən münaqişənin yaxın vaxtlarda başa çatacağına ümid edir.

Teleqraf xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Çje Myon bəyan edib.

“Biz ümid edirik ki, Ukraynadakı müharibə mümkün qədər tez başa çatacaq”, - o deyib.

Bununla yanaşı, Li Çje Myon bir daha vurğulayıb ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmaqda davam edirlər. Onun sözlərinə görə, Seul bu addımı Rusiyanın hərbi əməliyyatlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi üçün atıb.

Seçilən
66
teleqraf.com

1Mənbələr