Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Nazirli kəndində baş verib. Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb. Faktla bağlı araşdırma aparılır.