AZ

Tanınmış aparıcı “Bakı Metropoliteni”ndə işləmək istəmədi: Maaş məsələsi...

Bu ilin iyulunda “Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edildiyi deyilən Nərmin Salmanova bu vəzifədə çalışmadığını açıqlayıb.

Ölkə.Az xəbər verir ki, aparıcı Metropolitenin ona əməkdaşlıq təklif etdiyini, lakin maaş məsələsində razılığıa gələ bilmədiklərini deyib:

“Metropolitenlə danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi — müqavilədə razılaşdırdığımız məbləğdən fərqli məbləğ göstərildi və buna görə əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb. O, ana olduqdan sonra İTV-dən ayrılmışdı.

Billurə
 

Seçilən
25
1
olke.az

2Mənbələr