AZ

Pentaqon: İranın nüvə proqramını iki il geriyə atdıq

BAKI, 3 dekabr. TELEQRAF

Pentaqon (Müdafiə Nazirliyi) ABŞ-nin 12 günlük müharibə zamanı İranın nüvə obyətlərinə qarşı həyata keçirilən əməliyyatı qeyri-adi uğur kimi dəyərləndirib.

Teleqraf xəbər verir ki, açıqlamada hücum əməliyyatının qısa müddətdə qüsursuz həyata keçirildiyi deyilib.

ABŞ-nin hərbi qurumu bildirib ki, hücumda İranın nüvə potensialı tamamilə məhv edilib və Tehranın nüvə proqramı bu əməliyyat nəticəsində iki il geri atılıb.

“Yaxın Şərqdəki əvvəlki münaqişələrdən fərqli olaraq, ABŞ-nin İranın nüvə obyektlərinə hücum əməliyyatı dəqiq hədəflənmişdi. Biz artıq sonsuz müharibələrdə iştirak etmirik. İndi aydın bir missiya və konkret bir son nöqtəmiz var, bu əməliyyat bunun bariz nümunəsidir”, - Pentaqonun açıqlamasında vurğulanıb.

Seçilən
44
teleqraf.com

1Mənbələr