AZ

TDT-nin Baş katibinin müavini: Türkdilli ölkələr beynəlxalq elmə çox böyük töhfələr veriblər

Bakı, 3 dekabr, AZƏRTAC

Türkdilli ölkələr öz xəritələrini hazırlayırlar və əminəm ki, görüşümüzün nəticəsi olaraq bu, gələcəkdə hərbi mülki xəritəçəkmə təsisatları arasında əməkdaşlığı daha da gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merey Mukajan TDT-yə üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib.

“Türkdilli ölkələr beynəlxalq elmə, o cümlədən riyaziyyat, fizika və astronomiyaya çox böyük töhfələr veriblər, kartoqrafiya inkişaf edib. Əminəm ki, bu görüşümüz Türkdilli dövlətlər arasında körpü olacaq, məhsuldar əməkdaşlığın əsası qoyulacaq”, - deyən M.Mukajan bildirib ki, keçən il oktyabrın 7-də təşkilatın 12-ci Zirvə görüşü keçirildi. “Dövlətlərimiz Qəbələ bəyannaməsini qəbul etdilər. TDT-nin humanitar, siyasi, iqtisadi, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğuladılar. Bunun üçün biz kollektiv strategiyalar hazırlamalıyıq, tərəfdaşlığımızı gücləndirməliyik. Bu görüşdə sədrlik Azərbaycana keçib. Düşünürəm ki, bu görüş Azərbaycanın sədrliyi üçün önəmli töhfə verə bilər", - deyə o qeyd edib.

Seçilən
11
azertag.az

1Mənbələr