AZ

Yüksək Liqa: Kişilər 3, qadınlar 1 matça çıxacaq

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci tur start götürür. 

Fanat.Az xəbər verir ki, bu gün 4 oyun keçiriləcək.

Kişilərin yarışında öncə  “Azərreyl” “Nefçi” ilə üz-üzə gələcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq qarşılaşma 16:00-da başlayacaq.

17:00-da “Xilasedici” “Murov Az Terminal”la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşacaq.

“Abşeron” Olimpiya İdman Kompleksində isə “Gənclər” “Ordu” ilə gücünü sınayacaq. Bu matç da 17:00-a planlaşdırılıb.

Qadınların mübarizəsində isə bir oyun keçiriləcək. “DH Volley” “Gənclər”lə münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək matç 18:00-da başlayacaq.

Seçilən
2
5
fanat.az

6Mənbələr