AZ

16 yaşlı futbolçu Bellinqemin rekordunu qırdı

Almaniyanın II Bundesliqa klubı “Herta”nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Ayxorn tarixi rekorda imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, Ayxorn Almaniya Kubokunun 1/8 finalında “Kayzerslautern”ə 6:1 hesabı ilə qalib gəldikləri oyunda qol vuraraq, II Dünya Müharibəsindən sonra turnirdə qol atan ən gənc futbolçu olub. O, bunu 16 yaş 128 günlüyündə bacarıb.

Qeyd edək ki, Ayxorn bu göstərici ilə “Real”ın ulduzu Cud Bellinqemin 17 yaş 77 günlük rekordunu yeniləyib.

Seçilən
16
1
idmanxeber.az

2Mənbələr