AZ

Yamal ÇL-də Mbappenin rekordunu qırdı

“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasında 18 yaş və daha aşağı yaş kateqoriyasında ən məhsuldar futbolçu kimi tarixə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, turnirin ümumi mərhələsinin 6-cı turunda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda gənc vinger məhsuldar ötürmə ilə yadda qalıb.

Görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İspan futbolçunun hesabında hazırda 7 qol və 7 məhsuldar ötürmə var. Bununla da o, “Monako” və PSJ-də çıxış edərkən 10 qol və 3 məhsuldar ötürmə ilə rekord müəyyənləşdirən Kilian Mbappenin göstəricisini yeniləyib.

Seçilən
19
31
90deqiqe.az

10Mənbələr