AZ

Yamal Mbappeni tarixə gömdü

Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın gənc ulduzu Lamin Yamal Çempionlar Liqasının liqa mərhələsində "Ayntraxt Frankfurt"la oyunda yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, futbolçu "Barselona"nın 2-1 hesabı ilə qələbə qazandığı oyunda Jül Kundeyə məhsuldar ötürmə edib. Bununla da Yamal Çempionlar Liqasında "Barselona" üçün birbaşa 14 qola töhfə verib. O, 7 qol və 7 məhsuldar ötürmə edib. Yamal turnir tarixində 18 yaşa qədər oyunçular arasında bu statistika üzrə rekorda imza atıb.

Bundan əvvəlki rekord Kilian Mbappeyə məxsus idi. Mbappe 10 qol və 3 məhsuldar ötürmə ilə birbaşa 13 qola töhfə vermişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
31
metbuat.az

10Mənbələr