“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 6-cı turunda “Ayntraxt” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra Lamina Yamalın oyunun sonunda əvəzlənməsinə verdiyi reaksiyanı şərh edib.
Publika.az xəbər verir ki, 18 yaşlı cinah oyunçusu 53-cü dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb, üç dəqiqə sonra sarı vərəqə alıb və əsas vaxtın bitməsinə bir dəqiqə qalmış Runi Bardaci ilə əvəzlənib. Meydandan çıxarkən Yamal məşqçilər heyətinin qərarından açıq şəkildə narazılıq göstərib.
“Yamal bir az əsəbləşmişdi. Gələn dəfə ehtiyatda oturacaq (gülür). Mənim üçün problem deyil. Bu, Lamindir. O belədir. Sarı vərəqə almışdı və oyunun bitməsinə beş dəqiqə qalmış dəyişiklik etməli olduğumuzu düşündüm. Onu tam başa düşürəm, çünki hər kəs meydanda qalmaq istəyir. O da düşünür ki, 90–100 dəqiqə oynaya bilər.