Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində dünən öz meydanında Frankfurt "Ayntraxt"ını 2:1 hesabı ilə məğlub edən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın gənc ulduzu Lamin Yamalın əvəzlənərkən üzgün və narazı görünməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini tanınmış insayder fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Yamalı oyundan aldığım zaman bir qədər pərişan oldu, amma mənə "yeni nəfəs" lazım idi. Lamin belədir. O, gəncdir və fikrimcə, işinə münasibəti doğrudur. Hətta deyərdim ki, Yamalın əvəzlənərkən belə reaksiya verməsi yaxşı haldır. Bu, problem deyil".
Qeyd edək ki, Flik 18 yaşlı vingeri matçın 89-cu dəqiqəsində Runi Barci ilə əvəzləyib.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.