"Torpaq sürüşmələri 28 rayon üzrə 139 sahədə xəritələşdirilib və bu məlumatlar veb-saytında yerləşdirilib".
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib.
O bildirib ki, elektron su xəritəsi hazırlanaraq təqdim olunub: "Burada suya aid bütün məlumatlar əhatə edilib. Məlumatlar açıq mənbələrdə veb-serverdə yerləşdirilib".