Torpaq sürüşmələri 28 rayon üzrə 139 sahədə xəritələşdirilib.
Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib.
O bildirib ki, bu məlumatlar veb saytda yerləşdirilib. "Elektron su xəritəsi hazırlanaraq təqdim olunub. Burada suya aid bütün məlumatlar əhatə edilib. Məlumatlar açıq mənbələrdə WEB serverdə yerləşdirilib", - o əlavə edib.