AZ

NATO Baş katibi Putin və Uitkoff arasındakı görüşü vacib adlandırdı

BAKI, 3 dekabr. TELEQRAF

NATO-nun Baş katibi Mark Rutte dekabrın 2-də Moskvada keçirilən Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasındakı danışıqları vacib adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Brüsseldə NATO üzv ölkələrin xarici işlər nazirləri görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Mən çox məmnunam ki, Donald Tramp Putin ilə əlaqələri bərpa edib və sülh prosesinə start verib. Keçən gecə şübhəsiz ki, vacib idi. Əlavə addımlar olacaq, lakin hər mərhələ barədə ayrıca şərh verməyəcəyəm",- Mark Rutte qeyd edib.

O vurğulayıb ki, alyans rəhbərliyi Ukraynadakı münaqişənin həlli məsələsində ABŞ ilə sıx koordinasiyada çalışır.

Seçilən
10
teleqraf.com

1Mənbələr