AZ

Bakı Metropoliteni ndə işə çıxacağım gün vacib şərtlər dəyişdirildi

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Aparıcı Nərmin Salmanova “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi vəzifəsinə getməyib. 

Axşam.az xəbər verir ki, aparıcı bu haqda özü məlumat yayıb. O bildirib ki, bəzi məsələlərdə razılığa gələ bilməyiblər:

"Artıq bir müddətdir "Bakı Metropoliteni" ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu. Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm".

Qeyd edək ki, N. Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
axsam.az

1Mənbələr