AZ

"Biz həmişə onun yanındayıq”

"Mercedes" pilotu Andrea Kimi Antonellinin atası Marko Antonelli, oğluna sosial şəbəkələrdəki təhqirlərə reaksiya verib.

 90deqiqe.Az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında yazıb:

“Kimi üçün dəstək verən hər kəsə təşəkkür edirəm. O, yaxşı bilir ki, bu cür yazan insanlar diqqətə alınmamalıdır və qarşılaşdıqları halda ondan imza almaq üçün ilk sırada olacaqlar.

Bu, ilk hal deyil və təəssüf ki, belə hallar davam edəcək, əgər qanun sosial şəbəkələrdəki təhqirlər və hədələrə qarşı tədbir görməzsə.Sənin ailən həmişə yanında olacaq. Biz səni sevirik, Kimi!”

Xatırladaq ki, Kimi Antonelli, Qətər Qran Prisi sonrası "Maklaren" pilotu Landon Norrisə bilərəkdən yol verdiyi üçün ittiham olunmuşdu.

Seçilən
8
90deqiqe.az

1Mənbələr