Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"ABŞ-nin keçmiş prezident Co Bayden dövründə “avtomatik e-imza” ilə imzalanan bütün sənədlər artıq etibarsız sayılır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Co Bayden dövründə, məşhur və icazəsiz avtomatik e-imza ilə imzalanmış bütün sənədlər, bildirişlər, prezident fərmanları və müqavilələr bu gündən etibarən hökmdən düşmüş, etibarsız və heç bir hüquqi təsiri olmayan əməliyyatlar elan edilir”, - o qeyd edib.
Tramp həmçinin həmin dövrdə Bayden tərəfindən verilmiş əfv qərarlarının da artıq hüquqi baxımdan etibarsız sayıldığını qeyd etdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.