“Barselona” Daniel Olmonun çiyninin çıxması səbəbindən təxminən 3 həftə oynamayacağını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, ispan futbolçu La Liqanın 19-cu turunda “Atletiko” ilə matçda zədələnərək 66-cı dəqiqədə əvəzlənib.
Olmo “Betis” və “Ayntraxt”la görüşləri buraxacaq. O, bu mövsüm 17 oyunda 4 qol və 2 asistə imza atıb.