AZ

Anar Əliyev devalvasiyanın, inflyasiyanın hesabına artan rəqəmlərlə manipuliyasiya edir TƏHLİL

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda minimum əmək haqqının az olması barədə tənqidlərə cavab verib.

Gununsesi.info bildirir ki, nazir çıxışında ” 2013-cü ildə 130 manat olan minimum əməkhaqqını 400 manata çatdırmışıq” deyə bildirib.

Ekspert Elçin Rüstəmli isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, nazir bu fikirləri deyərkən, əls həqiqəti gizlədir:

“12 il əvvəl 130 manat təxminən 165 dollara bərabər idi.

165 dollar indi 280 manat edir.  Yəni həmin dövrdə 130 manat hazırki 280 manata bərabər olub”.

Ekspert bildirir ki, 12 il əvvəl  ərzaq qiymətləri, nəqliyyat, kommunal tariflər, yanacaq indiki qiymətlərdən fərqli idi: “O zamankı 130 manata daha çox ərzaq almaq olurdu, yoxsa indiki 400 manata? Yeri gəlmişkən, vətəndaşın əlinə 400 deyil, 372 manat çatır.

Cənab nazirin diqqətinə bir vacib məlumatı da təqdim edim:

2013-cü ildə Azərbaycanın ÜDM 73 milyard dollar olub.

12 il sonra bu rəqəm cəmi 1 milyard artıb, indi 74 milyard dollardı. Bu, artım deyil.

Devalvasiyanın, inflyasiyanın hesabına artan rəqəmlərlə manipuliyasiya etməyə ehtiyac yoxdur”.

Afət Abbasova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr