Gələn ay idxal avtomobilləri kəskin bahalaşa bilər.
Ölkə.az xəbər verir ki, avtomobil bazarında qiymət artımı hələlik nisbətən yumşaq olsa da, gələn ilin əvvəllərində kəskin bahalaşma ehtimalı var. Yanvar-fevral aylarından idxal olunan avtomobillərin qiymətində təxminən 20% artım gözlənilir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov axar.az-a bildirib ki, bu vəziyyətin əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin müddətinin başa çatmasıdır:
"Güzəştlərin bitməsi xüsusilə hibrid avtomobillərə təsir edəcək", - deyə ekspert vurğulayıb.
E.Cəfərov əlavə edib ki, son illərdə hibrid avtomobillərə maraq xeyli artıb. "Ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə simpatiya formalaşıb. Dövlətin son 3-4 ildə atdığı stimullaşdırıcı addımlar ( rüsumların azaldılması və digər güzəştlər ) hibrid avtomobillərin geniş yayılmasına səbəb olub. Hazırda ən populyar avtomobillər məhz hibrid modellərdir", - deyə o bildirib.
Ekspert həmçinin 2-ci əl avtomobil bazarına da toxunub. O qeyd edib ki, bu gün köhnə avtomobillərin satışı bir qədər azalmaqla durğunluq göstərir, lakin gələn ildən bu seqmentdə müəyyən canlanma gözlənilir.
Buna görə avtomobil alıcılarına gələn ay qiymət artımına hazır olmağı və alış-verişi planlaşdırarkən diqqətli olmağı tövsiyə edirlər.