AZ

Məsafədən (distant) iş: Əmək bazarına necə təsir edəcək?

Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.

İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib.

Yeni dəyişikliyə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı  iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsini nəzərdə tutur.

Bu yenilik əmək bazarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, evdən və ya ofisdən işləmək işçinin məşğulluq statusunu dəyişdirmir, sadəcə işin necə yerinə yetirildiyi rəsmiləşdirilir:

“Bu yenilik sadəcə məsafədən işləyən şəxslərin hüquqları və öhdəlikləri qanunvericilikdə rəsmiləşdirilir. Pandemiyadan sonra və yeni texnologiyaların inkişafı ilə məsafədən iş bəzi sahələrdə geniş yayılıb. Buna görə də məsafədən işin tənzimlənməsi artıq qanunvericilikdə öz əksini tapır. Bu, işçilərin hüquqlarını qorumaq və öhdəliklərini rəsmiləşdirmək üçündür”.

Ekspert qeyd edib ki, məsafədən işləmək məşğulluq səviyyəsinə birbaşa təsir etmir:

“İşi gizlətmək istəyən şəxslər hələ də qeyri-rəsmi fəaliyyət göstərə bilər, bu isə işsizlik və məşğulluq statistikasına təsir etməyəcək. Faktiki olaraq, məsafədən işin qanunvericiliyə daxil edilməsi yalnız işin rəsmiləşdirilməsini təmin edir və vətəndaşların hüquq və öhdəliklərini qoruyur”.

Seçilən
60
cebheinfo.az

1Mənbələr