Yaxın Şərqdə ilin “Globe Soccer” – ilin ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlanıb.
Msport.az xəbər verir ki, dörd futbolçu son siyahıya düşüb.
Namizədlər Kriştiano Ronaldo (“Əl-Nəsr”), Kərim Benzema (“Əl-İttihad”), Riyad Mahrez (“Əl-Əhli”) və Salem Əl-Dəvsəridir (“Əl-Hilal”).
Ötən il Kriştiano Ronaldo Yaxın Şərqin ən yaxşı oyunçusu seçilmişdi.
Qeyd edək ki, sayca 16-cı “Globe Soccer” mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək.