AZ

Arvadını döyərək öldürən şəxsə ağır cəza istənildi - 18 il 6 ay

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilənin 18 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti proses dekabrın 8-nə təyin edilib.

Xatırladaq ki,hadisə 27 may 2025-ci ildə Bakinın Nizami rayonunun ərazisində qeydə alınıb.Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki,Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib.Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib.Onun barəsində CM-nin 120.2.4 (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəlı sürülüb.

Onu da qeyd edək ki, cinayət işininin istintaqı zamanı Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi olub. Buna görə prokuror da məhkəmə zalında şahidə iradını bildirib.

Seymur Əli

Seçilən
47
50
unikal.az

10Mənbələr