Bakı. Trend:
2025-ci ilin oktyabr ayında yüklərin ton-kilometr göstəricisi(CTK) ilə ölçülən ümumi tələbat 2024-cü ilin oktyabrı iləmüqayisədə 4,1 faiz artıb (+4,8 faiz beynəlxalq daşımalarüzrə).
Trend bu haqdaBeynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbərverir.
Bildirilir ki, mövcud yük ton-kilometrləri ilə ölçülən daşımatutumu ( ASTK) 2024-cü ilin oktyabrı ilə müqayisədə 5,1 faiz artıb(+6,4 faiz beynəlxalq daşımalar üzrə).
Məlumata görə, IATA-nın baş direktoru Uilli Uolş bildirib ki,oktyabr ayında yük hava daşımalarına tələbat illik ifadədə 4,1 faizartıb:
“Artıq ardıcıl səkkizinci aydır ki, bazar artım nümayiş etdirirvə bu dövrdə aylıq yükləmə həcmləri üzrə yeni rekord qeydə alınıb.Asiya – Şimali Amerika istiqamətində azalma altıncı aydır davametsə də, digər marşrutlar daha güclü dinamika göstərir. İkirəqəmlivə ya ona yaxın artım templəri Asiyada, Yaxın Şərq–Avropa,həmçinin Avropa–Asiya istiqamətlərində müşahidə olunub. Budəyişikliklər göstərir ki, yük daşımaları seqmenti ABŞ-nin ticarətsiyasətinin təsiri altında qlobal təchizat zəncirlərinin yenidənqurulmasına yardım edir. Bu isə xüsusilə önəmlidir, çünki dördüncürübün pik daşınma mövsümü ərəfəsindəyik”.
Hava ilə yük daşımaları - oktyabr 2025 (2024 oktyabrına nisbətdə%-lə)
Region | Bazar payı | CTK | ACTK | Yüklənmə |
Bütün dünya üzrə | 100,0 | 4,1 | 5,1 | 47,1 (-0,5 bənd.) |
Afrika | 2,0 | 16,6 | 20,0 | 41,3 (-1,2 bənd.) |
Asiya-Sakit okean | 34,3 | 8,3 | 7,3 | 49,6 (0,5 bənd) |
Avropa | 21,5 | 4,3 | 4,3 | 54,7 (0,0 bənd) |
Latın Amerikası - Kariblər | 2,9 | -2,7 | 2,8 | 39,1 (-2,2 bənd) |
Yaxın Şərq | 13,6 | 5,7 | 10,0 | 46,7 (-1,9 bənd) |
Şimali Amerika | 25,7 | -2,7 | 0,1 | 40,9 (-1,2 bənd) |