AZ

Ayxan Abbasov 1/4 finalda “Qarabağ”ı arzulamır – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/8 finalında “Baku Sportinq”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə meydan sahibləri 1:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəliblər.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Birinci Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv idik. Gəncləri, az oynayan futbolçuları iş başında görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışdıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. “Sumqayıt”la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq.

Bu gün qələbə qazanacağımıza dair hansısa arxayınlıq, əminlik yox idi. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda hansısa rəqibimizin oyunboyu müdafiə olunduğu yadıma gəlmir. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi”.

“Şamaxı”nın çalışdırıcısı növbəti mərhələdə “Qarabağ”la yox, “Karvan”la rəqib olmağı arzuladığnı da gizlətməyib: “Təbii ki, “Karvan”ı istəyərdim”.

Ayxan Abbasov milliyə namizəd futbolçuların klublarda az oynaması barədə sualı da cavablandırıb:

“Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynadın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik”.

Seçilən
9
3
arena.az

10Mənbələr