AZ

MİDA mənzilləri üçün ədalətli alternativ seçim imkanları yaratmaq vacibdir Osman Gündüz

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, bu gün MİDA güzəştli mənzillərin növbəti  onlayn satışını keçirib.

"Unikal"ın məlumatına görə, mənzillərin satışı zamanı kütləvi narazılıqlar və iradlar olub. 

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz açıqlama yayıb. O bildirib ki, istifadəçilər satış başlayan anda texniki problemlərlə üzləşdiklərini, ekrana xəta xəbərdarlığının çıxmasını, növbəti mərhələyə keçidin mümkün olmamasını bildiriblər:

"MİDA əvvəlkilki satışlardan fərqli olaraq bu dəfə  ictimai nəzarətin təşkilinə önəm verməyib. Bu satışda hələlik ən diqqətçəkən məqam odur ki, MİDA satışın baş tutması ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Nə baş verməsi, hansı qurumların prosesdə iştirak etməsi, ilk satışın hansı müddətə baş tutması haqqında , bir daha xatırladıram ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfə açıqlama verilməyib.

Adətən MİDA satış başa çatan anda ilkin açıqlamalar verirdi.

Qanunvericulikdə kritik qurumların siyahısı qapalı məlumat olsa da, kritik infrastrukturun tərifindən belə anlaşılır ki MİDA bu infrastrukturun subyektidir.

Belə olan halda qurum, onun informasiya sistemi DTX və XRİTDX -nin nəzarət perimetrinə daxil olur.

Ümid edək bu gün keçirilən onlayn satışın etibarlılığı ilə bağlı da MİDA, DTX, XRİTDX və digər əlaqəli qurumlar tərəfindən   araşdırmalar aparılacaq  ağlabatan bir açıqlama veriləcək.

Xatırladıram ki, 3 il öncə məhz DTX -nin müdaxiləsindən sonra satışın nəticələri ləğv edilmişdi.

Məhz bundan sonra MİDA sistemində bir xeyli təkmilləşmələr aparılmış, ilk mənzil satışın müddəti xeyli artmışdır.

Əgər 2022-ci ilədək, Bot-ların meydan suladığı vaxtlar ilk mənzil seçimi 4-10 saniyə müddətində baş tutmuşdusa, DTX nəzarəti gücləndirəndən sonra bu müddət 30 saniyə ətrafında olurdu .

Bir daha qeyd etmək istərdim ki , proses  nə qədər insan amili olmadan, texnologiyalar vasitəsilə həyata keçirilsə də, bəri başdan mahiyyətində bir ədalətsizlik var. 

Rəqəmsal bacarıqları yetərli olmayanların bu prosesdə uduş şansı elə öncədən sıfra bərabərdir.

Odur ki, güzəştli mənzillər üçün daha ədalətli alternativ seçim imkanları yaratmaq çox vacibdir.

Bu istiqamətdə təkliflərimizi MİDA-ya təklif etmişik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
unikal.az

3Mənbələr