AZ

Yeni qanuna görə vətəndaşlıqdan məhrum ola bilərlər

ABŞ-nin respublikaçı senatoru Berni Morenonun ikili vətəndaşlığı qadağan edən qanun layihəsi bir sıra amerikalı məşhurlara təsir edə bilər.

Bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Təşəbbüsünü şərh edən Moreno bildirib ki, ABŞ vətəndaşı olmaq “şərəf və imtiyazdır”, ona görə də kimsə amerikalı olmaq istəyirsə, “ya ​​hamısı, ya da heç nə” prinsipinə əməl etməlidir.

Məqalədə qeyd edildiyi kimi, qanun qüvvəyə minərsə, o zaman ABŞ-nin birinci xanımı Melaniya Tramp və Sloveniya vətəndaşlığına malik oğlu Barron bir il ərzində ondan imtina etməli olacaqlar.

Tramp ailəsi ilə yanaşı, məhdudlaşdırıcı tədbirlər ABŞ, Cənubi Afrika və Kanada vətəndaşı olan amerikalı sahibkar İlon Maska da təsir göstərə bilər.

“Cebheinfo.az”

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr