AZ

Bundesliqa klubunda baş məşqçi ayrılığı reallaşdı

Almaniyanın Bundesliqa klublarından olan "Maynts"ın rəhbərliyi baş məşqçi Bo Henrukseni istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

50 yaşlı danimarkalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun yerini qış fasiləsinə qədər U-23-ün məşqçisi Benjamin Hofman tutacaq. 

Qeyd edək ki, sözügedən mütəxəssis ötən ilin fevral ayından komandanın "sükanı arxası"nda idi.

"Maynts" bu mövsüm Bundesliqada 12 oyunda cəmi bir qələbə qazanıb və turnir cədvəlində sonuncu yerdədir.

Seçilən
28
50
fanat.az

10Mənbələr