AZ

Tramp: ABŞ Ukraynaya pul ayırmayacaq

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bildirib ki, ABŞ artıq Ukraynaya yardım etmək üçün heç bir pul xərcləməyəcək. Siyasətçi, Vaşinqtonun bütün yardımları NATO-ya satdığını və bu səbəbdən əlavə maliyyə xərcləməsinin nəzərdə tutulmadığını vurğulayıb.

“Biz bir qəpik də xərcləmirik… Bizi, məsələn, keçmiş prezident Co Baydenin dövründə olduğu kimi qarət etmirik. Bayden hər kəsə əlimizdə olan hər şeyi verdi, onlara raketlər verdi, istədikləri hər şeyi pulsuz, heç bir təzminatsız verdi”, – Tramp deyib.

Trampın sözlərinə görə, onun sələfi Bayden nə etdiyini və hansı qərarlar verdiyini barədə “heç bir fikri yox idi”.

Seçilən
16
veteninfo.az

1Mənbələr