
Dekabrın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qətərin paytaxtı Dohaya səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, Qriqoryan burada “Doha Forumu” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə “Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcək.
Daşqın HəsənovMissiya.Az