AZ

Şöbə müdiri: Azərbaycanın dövlət siyasətində könüllülərin fəaliyyətinə xüsusi önəm verilir

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanın dövlət siyasətində könüllülərin fəaliyyətinə xüsusi önəm verilir. Bununla əlaqədar müxtəlif dövlət qurumlarında könüllülük proqramları həyata keçirilir. Azərbaycan Könüllülük Həftəsi çərçivəsində həyata keçirilən layihələr şəbəkələşməni genişləndirir və gənclərin öz potensiallarını inkişaf etdirməsinə kömək edir.

AZƏRTAC xəbər verir ki, bunu Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı Azərbaycan Könüllülük Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

P.Cəlallı qeyd edib ki, Azərbaycan Könüllülük Həftəsində könüllülərin əməyinə verilən dəyər nümayiş etdirilir və ilin könüllüləri seçilir: "Bu həftə ərzində keçirilən tədbirlər gənclərin fərdi inkişafına, onların intellektual səviyyəsinin artırılmasına, eyni zamanda, ölkəmizin sosial rifahının yüksəlməsinə kömək edəcək".

Seçilən
34
azertag.az

1Mənbələr