AZ

"Qarabağ"ın sabiq futbolçusu Braziliya çempionu olub

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Braziliya A Seriyasının qalibi müəyyənləşib.

Hafta.az xəbər verir ki, "Flamenqo" sona bir tur qalmış çempionluğu təmin edib.

Komanda buna XXXVII turda öz meydanında "Seara"nı 1:0 hesabı ilə məğlub etməklə nail olub. Yeganə qolu 37-ci dəqiqədə Samuel Lino vurub. Bu qələbədən sonra xallarını 78-ə çatdıran "Flamenqo" ən yaxın izləyicisi "Palmeyras"ı 5 xal qabaqlayır.

Qeyd edək ki, hazırda "Flamenqo"nun heyətində "Qarabağ"ın sabiq futbolçusu Juninyo da çıxış edir. Braziliyalı hücumçu bu ilin yanvar ayında ölkəsinin komandasına keçib. “Flamenqo” bir neçə gün öncə Libertadores Kubokunun da qalibi olub.

Seçilən
29
5
hafta.az

9Mənbələr