AZ

Ülviyyə Axundova: Ümid edirik ki, könülllərimizin sayı ildən-ilə artacaq

Bakı, 4 dekabr, AZƏRTAC

Könüllülük Azərbaycanda gənclər siyasətinin çox mühüm bir hissəsidir. Əslində, bir çoxlarının karyerası könüllülük fəaliyyəti ilə başlayıb. Gənclər və İdman Nazirliyi Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə sıx əməkdaşlıq edir. Bizim könüllülərimiz pandemiya zamanında çox böyük fəaliyyət göstərdilər. Hər bir könüllünün fəaliyyəti növbəti könüllülük fəaliyyətinin başlanğıcıdır.

AZƏRTAC xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova Azərbaycan Könüllülük Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Ü.Axundova qeyd edib ki, gənclər olduqları bütün platformalarda Azərbaycanı çox qürurla təmsil edirlər: "Təbii olaraq könüllülüyün əhəmiyyəti ildən-ilə artır. Nazirlik həm ölkə daxilində, həm də ölkə xaricində gənclərin təşəbbüslərini dəstəkləyir. Ümid edirik ki, könülllərimizin sayı ildən-ilə artacaq".

Seçilən
19
1
azertag.az

2Mənbələr