AZ

AİB iqtisadi bilik və potensialın inkişaf etdirilməsi üçün Azərbaycanın iştirakı ilə layihəni nəzərdən keçirir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə Mərkəzi vəQərbi Asiya ölkələrində iqtisadi biliklərin gücləndirilməsinə vəpotensialın inkişaf etdirilməsinə yönəlmiş, regional texniki yardımlayihəsini nəzərdən keçirir.

Trend bu barədəbanka istinadla xəbər verir.

"İqtisadi biliklərin dəstəklənməsi və Mərkəzi və Qərbi Asiyadapotensialın inkişafı" adlı layihə Ermənistan, Azərbaycan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan,Türkmənistan və Özbəkistan da daxil olmaqla bir neçə ölkəni əhatəedəcək.

Layihəyə Xüsusi Texniki Yardım Fondundan 750 000 ABŞ dollarhəcmində maliyyələşmə ayrılacaq.

Layihənin məqsədi AİB-nin iqtisadi fəaliyyətini gücləndirmək vəbank əməliyyatlarında biliklərin sistemli istifadəsini təminetməkdir ki, bu da regionun inkişaf etməkdə olan ölkələrininetibarlı məlumatlara əsaslanan qərarlar qəbul etməsinə imkanverəcək. Layihə 2030-cu ilə qədər strateji baxışın əsasistiqamətləri ilə, ələlxüsus da özəl sektorun inkişafınındəstəklənməsi ilə uyğun gəlir.

Layihə həmçinin Mərkəzi və Qərbi Asiyada inkişaf etməkdə olanölkələrlə tərəfdaşlıq strategiyaları çərçivəsində ölkələrin bilikinkişafı planları ilə razılaşdırılmışdır. İcraatı müvafiq ölkədirektorları, İqtisadi Tədqiqatlar və İnkişafın QiymətləndirilməsiDepartamenti və bankın digər bölmələri ilə yaxındanəlaqələndiriləcək.

Məqalədə:
Seçilən
9
1
az.trend.az

2Mənbələr