AZ

AFFA klubları cərimələdi

AFFA İntizam Komitəsinin iclasında bir sıra klub cəzalandırılıb.

"Yeni Sabah" xəbər verir ki, "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olub. O, 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.

"Sumqayıt" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün o, 700 manat cərimə edilib. Baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyuna buraxılmayacaq və klub 10000 manat cərimə ödəyəcək.

"İmişli" – "Sabah" oyununda "İmişli" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "İmişli" komandası 3000 manat cərimələnib. 

"Qəbələ" – "Araz-Naxçıvan" oyununun 90+4-cü dəqiqəsində "Qəbələ" komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmaycaq, klub 500 manat cərimə ödəyəcək.


Telegram kanalımız
Seçilən
51
16
yenisabah.az

10Mənbələr