AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın 13-cü turundakı qayda pozuntularını müzakirə edən qurum bununla bağlı ölçü götürüb.
Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olan meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov 1 oyunluq diskvalifikasiya edilib, klubu 2000 manat cərimələnib.
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç isə rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyuna buraxılmayacaq. "Sumqayıt" baş məşqçisinin davranışına görə 10000 manat cərimə edilib.
Bundan başqa, "Sumqayıt" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.
"İmişli" – "Sabah" oyununda bölgə təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə olunub.
"Qəbələ" – "Araz-Naxçıvan" oyununun 90+4-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Murad Musayev ikici "sarı"dan qırmızı vərəqə aldığı üçün 1 oyunluq uzaqlaşdırılıb, klubu isə 500 manat cərimələnib.