AZ

BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq genişlənir

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Əbu Əli ibn Sina adına Buxara Dövlət Tibb İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Laziz Niyazov ilə görüş olub.

525.az-a BDU-dan bildirilib ki, görüşdə universitet ilə Buxara Dövlət Tibb İnstitutu arasında bu ilin mayında imzalanmış anlaşma memorandumunun icrası istiqamətində planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bu memorandumun akademik əməkdaşlığı daha da gücləndirdiyini qeyd edib. Xüsusilə müəllim-tələbə mübadiləsi, elmi-pedaqoji əlaqələrin qurulması, birgə elmi tədqiqatların aparılmasının hər iki ali məktəbin və bütövlükdə ölkələrimizin inkişafına xidmət etdiyini bildirib.

Buxara Dövlət Tibb İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Laziz Niyazov da memorandum çərçivəsində biologiya, kimya, informatika, əczaçılıq, xüsusilə də genetika sahələrində birgə elmi tədqiqatların aparılması üçün konkret təkliflərini diqqətə çatdırıb.

Tərəflər birgə fəaliyyətin gələcəkdə daha yüksək səviyyəyə çatdırılacağına əminliklərini ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
525.az

1Mənbələr