AZ

Gənclər Fondunun rəsmisi: Könüllülük proqramı 32 dövlət qurumunu əhatə edir

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Könüllülərinin VIII Forumu və Azərbaycan Könüllülük Həftəsi il ərzində keçirilən könüllülük fəaliyyətinin bir yekunudur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev jurnalistlərə açıqlamasında deyib. Y.Vəliyevin sözlərinə görə, il ərzində Gənclər Fondu olaraq Azərbaycanda könüllülük hərəkatının inkişafı, onun dəstəkləməsi üçün müxtəlif qrantlar ayrılır, eyni zamanda, könüllü təşəbbüsləri dəstəklənir.

"2019-cu ildə Prezident İlham Əliyevin çağırışından sonra ASAN könüllüləri ilə başlayan dövlət proqramlarında könüllülük proqramı bu gün 32 dövlət qurumunu əhatə edir. Biz könüllüləri dövlət qurumlarında vətəndaş xidmətlərində, beynəlxalq tədbir və yarışların təşkilində görə bilərik. Könüllülərin bu cür tədbirlərdə iştirakı onların işinə əvəzolunmaz dəyər qatır", - deyə Y.Vəliyev qeyd edib.

Seçilən
28
azertag.az

1Mənbələr