AZ

“Parlament dərhal buraxılmalıdır, yoxsa…” KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ramiz Mehdiyevin, eləcə də Əli Kərimli və digər şəxslərin həbsi fonunda ölkədə yeni siyasi proseslərin baş verdiyi görünür. Mehdiyevin parlamentə təsiri, deputatların əksəriyyətinin onun razılığı ilə təyin olunduğu barədə səslənən fikirlər isə Milli Məclisin gələcək taleyi ilə bağlı müzakirələri daha da gücləndirib. Bəs bu şəraitdə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, hazırkı parlamentin böyük hissəsi Ramiz Mehdiyevin təsiri ilə formalaşıb:

“Bu gün bir daha sübut olundu ki, Azərbaycan parlamentinin 70-80 faizi Ramiz Mehdiyevin kadrlarıdır. Onlar açıq və ya üstüörtülü şəkildə Mehdiyevi müdafiə etməklə məşğuldurlar. Parlamentdə gizli proseslər gedir, ictimai rəy yönləndirilməyə çalışılır”, – Hacıyev vurğulayıb.

Partiya sədri iddia edir ki, Əli Kərimli və Ramiz Mehdiyev əməkdaşlığı məsələsini illər əvvəl gündəmə gətirib və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, Milli Məclisdə Mehdiyevin təsiri altında olan deputatlar bu gün də proseslərə mane olur:

“Milli Məclisdə bir-iki nəfərdən başqa Mehdiyevə qarşı ciddi mövqe ortaya qoyan yoxdur. Çoxu qorxur. Biz çox yaxşı bilirik ki, kimləri parlamentə o, təyin edib. Bu gün ölkədə gedən ciddi işlərə qarşı gizli müqavimət var”, – o, deyib.

Hafiz Hacıyev hesab edir ki, ölkədə milli birliyə zərbə vurmamaq üçün parlamentin təcili buraxılması vacibdir:

“Düşünürəm ki, parlament dərhal buraxılmalıdır. Xalq tərəfindən seçilən, Prezidentin apardığı siyasətə uyğun insanlar Milli Məclisdə təmsil olunmalıdır. Prezident Qarabağı işğaldan azad edib, ölkə quruculuq işlərini davam etdirir. Lakin daxildə satqın qüvvələr var və onlar xarici planlara dəstək verir”, – Hacıyev qeyd edib.

O, həmçinin bildirib ki, hazırkı deputatlarla ölkədə yaxın zamanlarda ciddi qarşıdurmalar yaratmaq cəhdləri mümkündür:

“Bu parlamentlə davam etmək olmaz. Onları sərbəst buraxmaq da yolverilməzdir. Əli Kərimlini və dəstəsini gizli şəkildə müdafiə edirlər. Milli birliyi qorumaq üçün parlament buraxılmalıdır”, – partiya sədri əlavə edib.

Hafiz Hacıyev Ramiz Mehdiyevlə və Əli Kərimli ilə əlaqəsi olan bütün şəxslərin ifşa olunmasının vacibliyini də vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
konkret.az

2Mənbələr